Human Resources Department Manager

Tələb olunan Təhsil və təcrübə:

- İqtisadiyyat, Menecment və ya İnsan Resursları sahələri üzrə Ali təhsil;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resursları üzrə menecer olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən azı 3-5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- CIPD, SHRM və ya digər İR üzrə sertifikatlara sahib olmaq üstünlükdür.


Tələb olunan Kompüter bilikləri:

- Microsoft Office (Word, Excel, Outlook) - əla səviyyədə;
- ERP - yaxşı səviyyədə;
- MS Visio - əla səviyyədə.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili - əla səviyyədə;
- İngilis dili - əla səviyyədə;
- Rus dili – orta səviyyədə.


Tələb olunan Bacarıqlar:

- İnsan Resursları standartlarının, İnsan Resurslarının idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s.) tərtibi və onun icrasına nəzarət etmək;
- Şirkət üzrə yüksək səviyyəli mütəxəssislərin cəlb etmək üçün effektiv işə götürmə strategiyaları və proseslərin hazırlanması, həyata keçirilməsi və inkişaf etdirilməsi;
- Mütəxəssislərin cəlb edilməsi üzrə tam dövrlü prosesinin idarə edilməsi: tələbin planlaşdırılması, iş təsvirlərinin tərtib edilməsi, axtarış, işə cəlb etmə, seçim, müsahibə, iş təkliflərinin idarə edilməsi;
- Yeni işçilərin aktiv şəkildə axtarılması və iş müsahibələrinin düzgün təşkilini həyata keçirərək uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
- Yeni işçilərin işə qəbulu və onların uyğunlaşması proqramlarının idarə edilməsi;
- İşçilərin fəaliyyətinin ədalətli və obyektiv qiymətləndirilməsini təmin etmək üçün fəaliyyətin idarə edilməsi – performans qiymətləndirmə sisteminin və performans qiymətləndirmə metodlarının tətbiqi, iş yükü analizi, işçi ehtiyacının / optimal işçi sayının hesablanması, təlim ehtiyaclarının müəyyən edilməsi;
- Öyrənmə və inkişaf prosesini müəyyən etmək, onu planlaşdırmaq, həyata keçirmək və ölçmək üçün müvafiq sistemlərin tətbiqi;
- Bütün işçi qərarlarla bağlı, o cümlədən yüksəlmələr, transferlər, təzminat tənzimləmələri və s. üzrə məsləhətlərin verilməsi;
- Əmək motivasiyası və kadr qiymətləndirmə sisteminin tətbiqi, motivasiyalı iş mühitinin formalaşdırılması, motivasiya layihəsinin tətbiqi, stimullaşdırma sistemlərinin tətbiqi, maddi və qeyri-maddi mükafatlandırma sisteminin qurulması;
- Liderlik;
- Dürüst və məsuliyyətli;
- Vaxtın düzgün idarə olunması.
- Güclü ünsiyyət bacarıqları (şifahi/yazılı).
- Güclü analitik bacarıqları;
- Problemlərin və münaqişələrin həlli;
- Operativlik;
- Müfəssəl cədvəllər, diaqramlar və təqdimatlar hazırlamaq bacarığı.


Digər şərtlər:

- Əmək haqqı: NETT olaraq 2200 - 2700 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
- İş rejimi: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “İnsan Resursları Departamentinin Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back