Tələb olunan Təhsil və təcrübə:
- Mexanika mühəndisi ixtisası üzrə ali təhsil.
- “Mühəndis mexanik” vəzifəsinə namizəd İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
Tələb olunan Kompüter bilikləri:
- Word, Excel, Outlook ve s. proqramlarda sərbəst işləməyi, Autocad (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək), SAP proqramında işləmək bacarığı, o cümlədən Kompüterdə sürətli işləməyi bacarmalıdır.
Tələb olunan dil bilikləri:
- Azərbaycan dili – C1
- İngilis dili – C1
- Rus dili – B2
Tələb olunan Bacarıqlar:
- Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Texniki hesablamalar aparmaq;
- Layihə üzrə iş həcmlərinin çıxarılması;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunması;
- Tələbləri nəzərə almaqla MEP layihəsinin hazırlanması;
- Podratçı və subpodratçı müqavilələri əsasında işlərin icrasına nəzarət etmək;
- Layihə büdcəsini və keyfiyyət məqsədlərini təmin etmək üçün podratçılarla mütəmadi görüşlər keçirmək;
- MEP dəyişdirilməsi iş qaydalarına dair baxışın, büdcənin və əsaslandırmanın təmin olunması;
- Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək;
- Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək;
- Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər üzrə yeniləmək;
Əmək Şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 6 günlük iş həftəsi;
- Nahar yeməyi ilə təmin olunma;
- İş yeri: Bakı şəhəri.
Əmək Haqqı:
- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir.
- Regionlara ezamiyyə könüllülük prinsipi ilə həyata keçirilir, yemək və qalmaq xərclərindən əlavə əmək haqqına 20-40% əlavə edilir
- Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına və onun idarə edə biləcəyi layihənin (obyektin) məsuliyyət dərəcəsinə görə təklif olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Mexanika mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.