Специалист первой помощи / Медсестра

Tələb olunan iş Bacarığı:

- Səhiyyə işinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları bilməli;
- Müalicə-diaqnostika prosesinin, xəstəliklərin profilaktikasının, sağlam həyat tərzinin təbliğinin əsaslarını bilməli;
- Tibbi sənədləşdirmənin həyata keçirilməsini bacarmalı;
- Gigiyenanın və səhiyyənin təşkilinin nəzəri əsaslarını bilməli;
- İşçilərin sanitar-gigiyenik qaydalara əsasən maarifləndirilməsi, sağlam həyat tərzinin təbliğinin təşkilini;
- Tibbi alət və avadanlıqların istismarı qaydalarını bilməli;
- Dərman pereparatları, tibbi ləvazimat və sarğı vasitələri, paltarlar, ağlar və cərrahi əlcəklərin əldə edilməsi, qeydiyyatı, saxlanılması, istifadəsi qaydalarını bacarmalı;
- Dərman vasitələrinin qeydiyyatı, saxlanılması, istifadəsinin həyat keçirilməsi;
- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər ilk yardımın göstərilməsini bilməli;
- Sanitariya-gigiyenik rejimə, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, infeksiyaların qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirir;
- Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını bilməli;
- Tibbi etikanı, tibbi sənədlərin əsas növlərini, peşəkar ünsiyyət psixologiyasını bilməli.

Tələb olunan təhsil və biliklər:

- Orta ixtisas təhsil (səhiyyə üzrə);
- Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasından keçmək;
- Səhiyyə sahəsində ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət bacarığı;
- Məsuliyyətli olmalı.

Digər tələb və şərtlər:
- Yaş həddi: 40-55
- Əmək haqqı: 500-600 AZN
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@smts.az elektron ünvanına mövzu yerinə “İlk yardım mütəxəssisi / Tibb bacısı” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Станьте частью нашей команды

Если у нас появится вакансия на основе вашей информации, с вами свяжутся. В противном случае ваша информация будет храниться в нашей базе данных. Ваше резюме будет пересмотрено, если вы подходите для новой вакансии.

Request a call back