Менеджер производственно-технического отдела

İşin təsviri:

Layihə-Smeta Sənədlərilin (LSS) araşdırılması.
-Layihələndirmə şirkəti və ya sifarişçi tərəfindən təqdim olunan İşçi Layihələrin daha detallı layihə vəziyyətinə gətirilməsinə nəzarət edilməsi.
-Təqdim edilmiş LSS-in əsasında İş Qrafikinin (İQ) hazırlanmasına nəzarət edilməsi.
-TQİ-nin İQ-ə uyğun aparılmasına nəzarət edilməsi.
-Lazım gəldikdə İQ-də müvafiq əlavə və dəyişiyliklərin edilməsi.
-Müvəqqəti Bina və Qurğular üçün LSS-nin hazırlanması işinin təşkili.
-Aparılmış TQİ-nin həcmlərinin (yerində və layihəyə uyğun) ölçülməsi.
-Şirkətin və həyata keçirdiyi İnşaat Layihələrində xidmət, material, avadanlıq, İnvertar və s. sərfiyyatına, qalıq limitinə nəzarət etmək. Şirkətin və həyata keçirdiyi İnşaat Layihələrində material, avadanlıq, İnvertar və s. sərfiyyatına və silgisinə sərəncam vermək.
-Şirkətin podratçı qismində iştirak etdiyi tenderlərdə Satınalan təşkilat tərəfindən təqdim olunan Tender Sorğu Sənədləri (TSS) və LSS-in araşdırılması, texniki həllərin verilməsi, TSS və LSS-də olan çatışmamazlıqlarla bağlı hesabatların hazırlanması və Şirkətin Tender bölməsinə bildirilməsi.
-Şirkətin tikinti obyekti və ya podratçı şirkətlərin hazırladığı Təhvil-Təslim Aktlarının ( TTA) “tikinti üçün layihə sənədləri”nə uyğunluğunun yoxlanması, iş həcmlərinin müxtəlif ölçü işləri aparılaraq yoxlanması və təsdiq olunması.
-Şirkətin tikinti obyektinin hazırladığı və sifarışçi tərəfindən təsdiq olunmuş İcra Aktlarının əhatə etdiyi dövr üçün Texniki Hesabatın (TH), o cümlədən müvəqqəti bina və qurğuların inşası ilə əlaqədar icra aktlarının tikinti obyekti tərəfindən hazırlanıb təhvil alınmasının təmin edilməsi və yoxlanılaraq təsdiq edilməsi.
-Şirkətin tikinti obyektlərinin hazırladığı Material Hesabatının günlük və həftəlik tərtibatını yoxlanılması.

Tələb olunan bilik və bacarıqlar:

-İnşaat sahəsində Ali təhsil (İnşaat mühəndisi).
-Texniki İstehsalat Departamentinin Meneceri və ya İnşaat Meneceri olaraq olaraq Beynəlxalq tikinti layihələrində ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı.
-Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli.
-Microsoft Office (Excel, Word) və AutoCad proqramlarını əla səviyyədə bilməli.
-Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməli.
-Liderlik, vaxtın və heyəti idarə etmək bacarığının olması.
-İşini vaxtında və keyfiyyətli təhvil verməli.
-Dürüst və məsuliyyətli.
-Analitik düşünmə və problemləri həll etmə qabiliyyəti olmalı.

Digər şərtlər:

-Əmək haqqı: 3000 – 3500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
-İş rejimi: 5 günlük iş həftəsi
-İş yeri: Bakı şəhəri
-Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
CV-lərin qəbulu üzrə son tarix: 03.12.2022.

Станьте частью нашей команды

Если у нас появится вакансия на основе вашей информации, с вами свяжутся. В противном случае ваша информация будет храниться в нашей базе данных. Ваше резюме будет пересмотрено, если вы подходите для новой вакансии.

Request a call back