İnsan resursları üzrə mütəxəssis

Tələb olunan Təhsil və təcrübə:

- İqtisadiyyat, Menecment və ya İnsan Resursları sahələri üzrə Ali təhsil;
- İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resursları üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan Kompüter bilikləri:

- Microsoft Office (Word, Excel, Outlook) - əla səviyyədə;
- ERP - yaxşı səviyyədə;
- MS Visio - əla səviyyədə.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili - əla səviyyədə;
- İngilis dili - yaxşı səviyyədə;
- Rus dili – orta səviyyədə.


Tələb olunan Bacarıqlar:

- Müəssisənin insan resursları siyasətinin təkmilləşdirilməsində iştirak etmək;
- Şirkət üzrə yüksək səviyyəli mütəxəssislərin cəlb etmək üçün effektiv işə götürmə strategiyaları və proseslərin hazırlanması, həyata keçirilməsi və inkişaf etdirilməsi;
- Müəssisənin siyasətinə uyğun olaraq İnsan resursları üzrə prosedurların təkmilləşdirilməsində, yeni vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
- İnsan resursları planlamasını (işçi ehtiyacını müəyyən etmək) həyata keçirmək;
- Vakansiyalar üzrə iş elanlarını yerləşdirmək, daxil olan CV-ləri analiz etmək və uyğun namizədlərlə görüşləri həyata keçirmək;
- İşə qəbulla bağlı namizədlər üçün müvafiq qiymətləndirmə formaları (suallar, testlər və s.) hazırlamaq;
- Müsahibə nəticələrinin izlənilməsi, namizədlərə geridönüşlərin edilməsi, uyğun görülmüş namizədlərin işə başlaması prosesinin təqib edilməsi və adaptasiya təlimləri ilə bağlı məlumatlandırılma;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- ƏMAS sistemində işləmək bacarığı və icbari sığorta müqavilələrinə əsasən www.isb.az saytından əlavələrin yoxlanılması və təsdiq edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
- İşçilərin qiymətləndirməsi və mükafatlandırılmasına dair sorğuların keçirilməsi və sistemli tətbiq edilməsi;
- İllik təlim-tədris proqramının hazırlanması və icrasına nəzarət edilməsi;
- Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və təqdim edilməsi;
- Daxili və xarici audit zamanı İR üzrə sənədlərin hazırlanması;
- Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analizlərinin aparılması;
- Şirkət daxili departamentlər üzrə işçilərin iş yükünün ölçülməsi. İş yükü və iş analizi üzrə hesabatların İRD Menecerinə təqdim edilməsi;
- Məzuniyyətlərin planlaşdırılması və plan üzrə məzuniyyətlərin veriməsini təqib etmək, onların uçotunun aparılması;
- İşçilərin ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Davamiyyətin izlənməsi; Aylıq tabellərin hazırlanması;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
- Dürüst və məsuliyyətli;
- Vaxtın düzgün idarə olunması.
- Güclü ünsiyyət bacarıqları (şifahi/yazılı).
- Güclü analitik bacarıqları;
- Problemlərin və münaqişələrin həlli;
- Operativlik;
- Müfəssəl cədvəllər, diaqramlar və təqdimatlar hazırlamaq bacarığı.


Digər şərtlər:

- Əmək haqqı: NETT olaraq 1300 - 1800 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
- İş rejimi: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri.



Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “İnsan Resursları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Komandamızın bir üzvü ol

Məlumatlarınız əsasında vakansiyamız varsa, sizə gerdönüş ediləcək. Əks halda məlumatınız verilənlər bazamızda saxlanılacaq. Yeni vakansiyaya uyğun olduğunuz halda CV-niz yenidən nəzərdən keçiriləcək.

Bizimlə əlaqə