Xadimə (OFİS)

Vəzifə öhdəlikləri:

- Şirkətdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, qapıları yuyub-təmizləmək, stol və avadanlıqların tozunu almaq;
- Ofislərin gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək;
- Otaqları, dəhlizləri, sanitar qovşaqlarını, pilləkənləri, liftləri və digər iş sahələrini təmizləmək;
- Otaqların və sanuzellərin təmiz və gigiyena tələblərinə uyğun saxlanılması, dəhliz, xidməti otaqların və s. kimi ümumi sahələrin gigiyenik vəziyyətinə nəzarət edilməsi;
- Rəhbərliyə, işçilərə və qonaqlara çay servisinin olunması;
- Təmizləyici, dezinfeksiya edici və müvafiq avadanlıqların funksiyalarını bilməli uyğun olaraq istifadə etməli;
- Əmək və nizam-intizam qaydalarına riayət etmək;
- Şirkətin proseduruna uyğun çalışmaq;
- Vəzifə təlimatlarına uyğun olan təmizləmə metodlarına uyğun işi icra etməli;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etməlidir;
- Rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.


Namizədə olan tələblər:

- İş təcrübəsi: ən azı 1 il;
- Kimyəvi maddələri təhlükəsiz şəkildə istifadə etməyi bacarmalı;
- Təmizlik işləri zamanı mövcud ola bilən təhlükələri minimum səviyyəyə endirmək, onlara nəzarət etmək və ya aradan qaldırmaq üçün ehtiyat tədbirləri görmək və digər zəruri tədbirləri həyata keçirmək;
- Təmizləyici və dezinfeksiya maddələrinin təhlükəsiz istifadəsi və təhlükəsizlik işarələrinin status və məqsədini bilməli;
- İntizamlı, məsuliyyətli, təmizkar, səliqəli, dürüst və komandada işləmək bacarığı olmalı.


Digər tələb və şərtlər:

- Yaş həddi: 40-50
- Əmək haqqı: NETT olaraq 450-500 AZN (təcrübəsi və iş bacarığı nəzərə alınmaqla);
- İş rejimi: 6 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti.105, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın “33 mərtəbəli İnzibati Binası”;
- Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Xadimə” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Komandamızın bir üzvü ol

Məlumatlarınız əsasında vakansiyamız varsa, sizə gerdönüş ediləcək. Əks halda məlumatınız verilənlər bazamızda saxlanılacaq. Yeni vakansiyaya uyğun olduğunuz halda CV-niz yenidən nəzərdən keçiriləcək.

Bizimlə əlaqə