Housekeeper (OFFICE)

Vəzifə öhdəlikləri:

- Kəndir vasitəsi ilə yüksək hündürlüklü binada fasadların və şüşələrin təmizlənməsi;
- Şirkətin proseduruna uyğun çalışmaq;
- Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;
- Əmək intizamına və daxili intizam qaydalarına riayət etmək;
- Rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək;
- İşinə vicdanla və məsuliyyətlə yanaşmaq;
- Təhlükəsizlik texnikasına riayət etməli. Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, Ətraf mühitin qorunmasına xüsusi diqqət və qənaətcil davranış (tullantıların minimum olmasını təmin etmək)


Namizədə olan tələblər:

- Tibbi sağlam.
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər.
- “Kanatla yanaşma” sertifikatı.
- Hündürlükdə işə buraxılış haqqında vəsiqə .
- Hündürlükdə iş zamanı texniki təhlükəsilik qaydalarını bilməli.
- FMV -dən düzgün istifadə qaydası.
- Hündürlükdə işlə bağlı risklərin qiymətləndirilməsi.
- İlkin tibbi yardım qaydalarını bilməli.
- İntizamlı, dürüst, məsuliyyətli və komandada işləmək bacarığı olmalı.


Digər tələb və şərtlər:

- Yaş həddi: 25-40.
Əmək haqqı: 900-1050 AZN nett (iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur).
İş rejimi: 6 günlük iş həftəsi.
İş yeri: Bakı şəhəri.
Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Sənaye alpinisti” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

CV-lərin qəbulu üzrə son tarix: 13.02.2023.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back