SƏTƏM mühəndisi

Tələb olunan Təhsil və təcrübə:

- Ali təhsil.

- Tikinti sahəsində təcrübəli namizədlərə üstünlük veriləcək;

- SƏTƏM üzrə IOSH, FHN, İlk Yardım, Yanğınla mübarizə və s. digər zəruri sertifikatları olmalı;

- "SƏTƏM mühəndisi” vəzifəsinə namizəd İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan Kompüter bilikləri:

- Word, Excel, PowerPoint, Outlook proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili – C1

- İngilis dili – C1

- Rus dili – B2


Tələb olunan Bacarıqlar:

- İSO 45001-2018 və ISO 14001-2015 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq.

- Tikinti Quraşdırma İşlərində Risklərin qiymətləndirlməsi bacarığına malik olmaq.

- Tikinti Quraşdırma İşlərinin gedişatını analiz etmək, təhlükəsizlik tələblərinin pozulmasını müəyyən etmək, işin daha təhlükəsiz yerinə yetirilməsi üçün İş metodunda tətbiq etmək bacarığı.

- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli.

- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.

- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.

- İş şəraitində aşkara çıxarılmış çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etməklə, bu barədə SƏTƏM Menecerinə məlumat vermək.

Əmək Şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 6 günlük iş həftəsi;

- Nahar yeməyi ilə təmin olunma;

- İş yeri: Bakı şəhəri.


Əmək Haqqı:

- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir.

- Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına və onun idarə edə biləcəyi layihənin (obyektin) məsuliyyət dərəcəsinə görə təklif olunacaq.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “SƏTƏM mühəndisi” yazaraq göndərilməsi xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Komandamızın bir üzvü ol

Məlumatlarınız əsasında vakansiyamız varsa, sizə gerdönüş ediləcək. Əks halda məlumatınız verilənlər bazamızda saxlanılacaq. Yeni vakansiyaya uyğun olduğunuz halda CV-niz yenidən nəzərdən keçiriləcək.

Bizimlə əlaqə